UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

UEFA 2018/2019-cu illər mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.


Mövsümün ən yaxşı kişi oyunçusu adına argentinalı Lionel Messi ("Barselona”, İspaniya), hollandiyalı Virjil van Deyk ("Liverpul”, İngiltərə) və portuqaliyalı Kriştianu Ronaldo ("Yuventus”, İtaliya) iddialıdır.


Mövsümün ən yaxşı qadın futbolçusu adına isə Fransanın "Lion” komandasının üzvləri - fransalı Amandi Anri, ingiltərəli Lüsi Bronz və norveçli Ada Hegerberq namizəd göstəriliblər.


Qeyd edək ki, qalibin adı avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Ötən mövsüm bu ada müvafiq olaraq xorvatiyalı Luka Modriç ("Real Madrid”, İspaniya) və danimarkalı Pernille Harder ("Volfsburq”, Almaniya) layiq görülüblər.