“Tarixin ən yaxşı “Liverpul”u ilə mübarizə aparırıq” – Qvardiola

“Premyer Liqada çempionluq özümüzdən asılıdır. Mübarizəmizi son oyuna qədər davam etdirəcəyik. Hazırda tarixin ən yaxşı “Liverpul”u ilə mübarizə aparırıq. Həyatımda gördüyüm ən yaxşı komandalardan biridir".

Bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvariola Britaniya mətbuatına açıqlamasında deyib.

İspaniya mütəxəssis Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra əsas diqqəti Premyer Liqaya yönəltdiklərini bildirib: "Bizim üçün əsas olan Premyer Liqadır. Bundan sonra xal itirməməliyik. “Tottenhem” hər iki oyunda çoxlu imkanlar yaratdı. Son 10 ayda 3 gündən bir oyuna çıxırıq”.

Qeyd edək ki, Premyer Liqada 35 turdan sonra "Liverpul" 88 xalla 1-ci, bir oyun az keçirən "Mançester Siti" 86 xalla 2-ci pillədə qərarlaşıb.