Azərbaycan kikboksçuları Avropa çempionatında 12 medal qazanıblar

Macarıstanın Györ şəhərində kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatı keçirilib.

Turnirdə 39 ölkədən 2 mindən artıq idmançı iştirak edib.

Milli komandamız Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hakim Hacıyevin rəhbərliyi altında 29 idmançı ilə yarışa qatılıb.

Çempionatın yekununda Azərbaycan komandası ümumilikdə 12 medal qazanıb. Bunlardan 5-i qızıl, 2-si gümüş və 5-i bürünc medaldır.