DÇ-2022-nin loqosu təqdim olundu

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının loqosu müəyyənləşib.

Rəsmi loqo Qətərin paytaxtı Dohada təşkil olunan xüsusi tədbirdə təqdim olunub.

 
Mundialın loqosunda istifadə olunan “8” rəqəminin DÇ-2022-nin oyunlarına ev sahibliyi edəcək stadionların sayını və sonsuzluq işarəsini özündə əks etdirdiyi vurğulanıb.
 
Qeyd edək ki, 32 komandanın qatılacağı DÇ-2022  21 noyabr - 18 dekabr  tarixləri arasında keçiriləcək.