Asmir Beqoviç bu gün “Qarabağ”da ilk məşqinə çıxacaq

Ağdamın “Qarabağ” futbol klubunun yeni transferi Asmir Beqoviç bu gün Bakıya gəlib.

Yerveinsan.az kluba istinadla xəbər verir ki, bosniya və herseqovinalı futbolçu tibbi müayinədən keçib.

A.Beqoviç bu gün yeni komandasında ilk məşqinə çıxacaq.

Qeyd edək ki, “Qarabağ” klubu A.Beqoviçi İngiltərənin “Bornmut” komandasından icarəyə götürüb.