UEFA Çempionlar Liqasının birinci turunun ən yaxşı qolunun müəllifi kim olacaq?

Sentyabrın 19-da UEFA Çempionlar Liqasının birinci turunun ən yaxşı qolunun müəllifi adına namizədlər açıqlanıb.

 UEFA xəbər verir ki, həftənin ən yaxşı qolu nominasiyasının qalibi “Yuventus”un hücumçusu Xuan Kuadradonun “Atletiko Madrid”in, “Paris Sen Jermen”in hücumçusu Anxel Di Marianın “Real Madrid”in, “Ayaks”ın yarımmüdafiəçisi Edson Alvarezin “Lill”in, “Tottenhem”in futbolçusu Lukas Mauranın isə “Olimpiakos”un qapısından keçirdiyi qollar arasından seçiləcək.

Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində sentyabrın 20-də müəyyənləşəcək.