Millimizin oyununa azarkeş buraxılmayacaq - UEFA-dan qərar

Avro-2020-nin seçmə mərhələsinin MacarıstanAzərbaycan oyunu azarkeşsiz keçiriləcək.

Bununla bağlı qərarı UEFA-nın  Etika və İntizam Komitəsi qəbul edib.

 
Buna macar azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev oyunu zamanı irqçi davranışlara yol verməsi səbəb olub. Bundan başqa, Macarıstan Futbol Federasiyasına 67.125 avro cərimə kəsilib.

Qeyd edək ki, Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü keçiriləcək.