“Real Madrid” qələbə qazanaraq liderliyə yüksəlib

Sentyabrın 25-də futbol üzrə İspaniya çempionatının – La Liqanın altıncı turunun növbəti oyunları keçirilib.

Çempionluğa iddialı “Real Madrid” doğma azarkeşlər önündə “Osasuna” klubunu qəbul edib. Görüş madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində “Real Madrid” klubu 14 xalla turnir cədvəlində liderliyə yüksəlib. “Osasuna” isə 7 xalla 12-ci yerdə qərarlaşıb.

Zinəddin Zidanın yetirmələrinin əzəli rəqibi “Barselona” isə 10 xalla 5-ci pillədədir.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Real Valladolid” - “Qranada” - 1:1,

“Real Betis” - “Levante” - 3:1,

“Leqanes” - “Atletik Bilbao” - 1:1,

“Malyorka” - “Atletiko Madrid” -0:2,

“Valensiya” - “Xetafe” - 3:3.

Qeyd edək ki, tura sentyabrın 26-da oynanılacaq üç qarşılaşma ilə yekun vurulacaq.