"Real"da ciddi itki - İli erkən başa vurdu

"Real"ın futbolçusu Naço Fernandez uzun müddətlik sıradan çıxıb.

 29 yaşlı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin II turunda Madriddə "Brügge" ilə keçirilən görüşdə (2:2) diz bağlarından xəsarət alıb.
 

İspaniyalı futbolçunun  2-3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.