"Milan" yeni baş məşqçisini açıqlayıb

İtaliyanın "Milan" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. Komanda Stefano Pioliyə həvalə olunub. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda həmyerlisi Marko Campaolonu əvəzləyib. Qeyd edək ki, Stefano Pioli son olaraq "Fiorentina" komandasına rəhbərlik edib.