ABŞ əsgər və tanklarını o ölkəyə yeridir - Pentaqon və Trampdan AÇIQLAMA

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Suriyadakı neft quyularını qorumaq üçün planı hazırdır.

Bunu respublikaçı senator Lindsi Qraham açıqlayıb.

Ağ Evdə ABŞ ordusunun baş qərargah rəisi Mayk Milli ilə keçirilən brifinqə qatılan 10 senatordan biri olan Qraham daha sonra jurnalistlərə açıqlama verib.

"Mayk Milli Suriyanın müəyyən bölgələrindəki neftin İŞİD və ya İranın əlinə keçməsinin qarşısını ala biləcəyimiz plan hazırlayır”-, o deyib.

Planın detalları haqqında bilgi paylaşılmasa da, ABŞ mediasında yer alan xəbərlərə görə, neft sahələrinin qorunması üçün 30 "Abrams” tankından ibarət zirehli tuqayın göndəriləcəyi irəli sürülüb.

Bu plan gerçəkləşsə, Rusiya və Suriya rejiminə qarşı ABŞ-ın atış qüvvəsində əhəmiyyətli artım təmin edilmiş olacaq.

***

Suriyanın şimalından hərbi qüvvələrini geri çəkən ABŞ tanklarını və əsgərlərini ölkənin şərqinə göndərəcək.

Bu bölgədəki neft quyularını nəzarətində saxlamaq bəhanəsilə Pentaqon "Abrams” tankları və əsgərlərini yollayacaq.

"Newsweek”ə açıqlama verən Müdafiə Nazirliyinin adı açıqlanmayan təmsilçisi Vaşinqtonun 30-a yaxın tank göndərmək niyyətində olduğunu etiraf edib. O bildirib ki, YPG və Suriya Demokratik Qüvvələri neft quyularını qorumağa davam edəcək.

Planın həyata keçirilməsi üçün Ağ Evdən təsdiq gözlənilir. Məqsəd İŞİD-lə yanaşı, Suriya hökuməti və İranı neft quyularından uzaq saxlamaqdır.

Ötən gün ABŞ prezidenti Donald Tramp sözügedən planla bağlı açıqlama verib. O, Suriyada İŞİD-in yenidən dirçəlməsinə və neft quyularına sahib olmasına icazə verməyəcəklərini bildirib./publika.az