"Enfild"də möhtəşəm futbol gecəsi

İngiltərə liqa kubokunda 1/8 finalın oyunları keçirilir.

Bu gün üç qarşılaşma olub.
 

“Liverpul” öz meydanında “Arsenal”la üz-üzə gəlib. Dramatik məcrada keçən görüşdə 5:5 hesabı qeydə alınıb. Oyun penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan “Liverpul” 5:4 qalib gələrək növbəti mərhələyə yüksəlib.

 

İngiltərə liqa kuboku, 1/8 final

"Liverpul" - "Arsenal" - 5:5 (penaltilər - 5:4)
Qollar: Mustafi, 6-avtoqo (1:0), Torreyra, 19 (1:1), Martinelli, 26 (1:2), 36 (1:3), Milner, 43 (2:3), Maytland Niles, 54 (2:4), Oksleyd Çemberleyn, 58 (3:4), Origi, 62 (4:4), Villok, 70 (4:5), Origi, 90+4 (5:5)

"Aston Villa" - "Vulverhempton" - 2:1
Qollar: El Qazi, 28 (1:0), Kutrone, 54 (1:1), Elmohamadi, 57 (2:1)

"Çelsi" - "Mançester Yunayted" - 1:2
Qollar: Reşford, 25 (0:1), Batşuayi, 61 (1:1), Reşford, 73 (1:2)