"Neftçi" "Qarabağ"a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.

Qol.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək. Lider "Qarabağ" səfərdə əzəli rəqibi, hazırda 2-ci pillədə qərarlaşan "Neftçi"nin qonağı olacaq. Paytaxt klubu "Qarabağ"la 8 xallıq fərqi azaltmağa, Ağdam təmsilçisi isə liderliyini bir qədər də möhkəmləndirməyə çalışacaq.

Turun digər oyunları isə noyabrın 2-si və 3-də keçiriləcək.

 

1 noyabr (cümə)

20:00.“Neftçi” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov,  Pərvin Talıbov, Kamal Umudlu
“Bakcell Arena”

 

 


 
2 noyabr (şənbə)

“Səbail” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev
“ASCO Arena”, 16:00

3 noyabr (bazar)

“Qəbələ” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu, 17:00

“Zirə” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu, 15:00


Bombardirlər:

Lorenzo Frutos ("Keşlə") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Stiven Monroz ("Neftçi") - 4 qol
Mehdi Şərifi ("Sumqayıt") - 3 qol
Mirabdulla Abbasov ("Səbail") - 3 qol
Mahir Emreli ("Qarabağ") - 3 qol
Ağabala Ramazanov ("Səbail") - 3 qol
Maqaye Qeye ("Qarabağ") - 3 qol
Amadu Diallo ("Sabah") - 3 qol