UEFA-dan Neymara üç oyunluq cəza

UEFA PSJ-nin futbolçusu Neymarı üç oyunluq cəzalandırıb.

Buna onun Çempionlar Liqasının 1/8 finalının “Mançester Yunayted”lə cavab oyunundan (1:3) sonra özünün "İnstaqram" səhifəsində hakimlər haqqında təhqiramiz ifadələr işlətməsi səbəb olub. 

Beləliklə, braziliyalı oyunçu 2019/2020 mövsümündə ÇL-in qrup mərhələsinin ilk 3 oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, 27 yaşlı hücumçu matçın sonuna artırılan uzatma dəqiqələrində komandasının qapısına verilən penalti qərarına sərt şəkildə etiraz etmişdi.