"Başakşəhər"ə çempionluq yolunda zərbə

Türkiyə superliqasında 30-cu tura start verilib.

İlk oyun günündə 1 matç keçirilib. Lider "Başakşəhər" doğma meydanda "Göztepe" ilə qarşılaşıb və gözlənilmədən uduzub - 0:2.

 
"Başakşəhər" - "Göztepe" - 0:2
Qollar: Jerome, 7, Kadah, 85

Bununla da İstanbul təmsilçisi çempionluq yolunda vacib 3 xal itirib. Hazırda 59 xalla ikinci pillədə olan "Qalatasaray" bu turda "Konyaspor"a qalib gəlsə, "Başakşəhər"lə xalları bərabərləşdirəcək. "Beşiktaş" 56 xalla 3-cü, "Göztepe" 30 xalla 15-cidir.