"Çelsi" uddu, "Arsenal" uduzdu

İngiltərə Premyer Liqasında 12-ci turun oyunları davam edir.

İkinci oyun günündə 6 qarşılaşma keçirilib.

“Çelsi” evdə “Kristal Pelas”la qarşılaşıb və inamlı qələbəyə sevinib. “Arsenal” isə “Lester” səfərindən məğlub qayıdıb. “Tottenhem” “Şeffild Yunayted”lə ev oyununda xal itkisi ilə üzləşib.

Qeyd edək ki, turun mərkəzi görüşü bu gün keçiriləcək. Lider “Liverpul” öz meydanında “Mançester Siti” ilə qarşılaşacaq. 

 

 

9 noyabr

İngiltərə Premyer Liqası, 12-ci tur

"Çelsi" – "Kristal Pelas" - 2:0
Qol: Abraham, 52. Pulişiç, 79.

"Bernli" – "Vest Hem" - 3:0
Qol: Barnes, 11. Vud, 44. R.Ximenes, 54-öz qapısına.

"Nyukasl" – "Bornmut" - 2:1
Qol: Uilson, 14 (0:1), Yedlin, 42 (1:1). Klark, 52 (2:1)

"Sauthempton" – "Everton" - 1:2
Qol: Deyvis, 4 (0:1), İnqs, 50 (1:1), Riçarlison, 75 (1:2).

"Tottenhem" – "Şeffild Yunayted" - 1:1
Qol: Son, 58 – Baldok, 78.

"Lester" – "Arsenal" - 2:0
Qol: Vardi, 68. Maddison, 75.

8 noyabr

"Norviç" – "Uotford" - 0:2


10 noyabr

18:00 "Mançester Yunayted" – Brayton"

18:00 "Vulverhempton" – "Aston Villa"

20:30 "Liverpul" – "Mançester Siti"