Xorvatiya millisində ciddi itki - Rakitiç zədələndi

Xorvatiya yığması və “Barselona” ciddi itki ilə üzləşib.

İvan Rakitiç sıradan çıxıb. O, Kataloniya klubunun son məşqidə zədə alıb.
31 yaşlı yarımmüdafiəçinin bir müddət meydana çıxa bilməyəcəyi bildirilir. O, Avro-2020-nin seçmə mərhələsində Slovakiya ilə oyunda da Xorvatiyaya kömək edə bilməyəcək.

Xatırladaq ki, Xorvatiya yığması seçmə mərhələdə millimizlə eyni qrupda yer alıb.