Mançinidən tarixi rekord

İtaliya millisi “Avro-2020”nin seçmə mərhələsində dünən Bosniya və Hersoqovinaya 3:0 hesabı ilə qalib gəlib.

İtalyanlar yoxlama matçları da daxil olmaqla tarixində ilk dəfə dalbadal 10 oyunda qələbə qazanmış olub. Bununla da baş məşçi Roberto Mançini1938-ci ildə dalbadal 9 matçda qalib gələn həmkar Vitorio Potsonun rekord qırıb.

 
Qeyd edək ki, İtaliya qrupda 1-ci yeri təmin edərək “Avro-2020”yə vəsiqə qazanıb.