Türkiyə futbolunda faciə

Türkiyə futbolunda faciə baş verib. 

Dünən Superliqanın 30-cu turunda  keçirilən "Kayserispor" - "Alanyaspor" (1:1) oyunundan sonra qonaqların 7 əcnəbi futbolçusunu aparan mikroavtobus qəzaya uğrayıb. Sürücünün yolda yuxulaması mikroavtobusun aşmasına səbəb olub. 
 

Nəticədə hücumçu Jozef Sural vəfat edib. Çexiya millisinin üzvü dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər futbolçular yüngün xəsarət alıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu ilin yanvar ayından Alanya təmsilçisində çıxış edirdi.