Yalnız bir milyarderi olan ölkələr: TOP13

“Forbes” jurnalının apardığı hesablamalara əsasən, 2019-cu ildə bütün dünyada  təxminən 2153 milyarder var. Onların əksəriyyəti  ABŞ, Çin, Almaniya, Rusiya və Böyük Britaniyada yaşayır. Lakin yalnız bir  milyarderi olan ölkələr də mövcuddur.

Beləliklə, bu ölkələr və orada yaşayan milyarderləri təqdim edirik:

Əlcəzair: İssad Rebrab

Sərvəti: $3,8 mlrd

Ölkə ÜDM-nin payı: ~2,1%

Sərvətinin mənbəyi: “Rebrab” qida məhsulları

O, Əlcəzairin şəkər istehsal edən böyük müəssisələrin daxil olduğu “Cevital” şirkətinin təsisçisi və sahibidir.

Şirkətə, həmçinin İtaliyada poladtökmə zavodu, Fransada avadanlıq istehsalı, həmçinin Almaniyada sutəmizləyici şirkət məxsusdur.

Anqola:  İsabel dos Santos

 

Sərvəti: $2,2 mlrd

Ölkə ÜDM-nin payı: ~2,0%

Sərvətinin mənbəyi: investisiyalar

İsabel dos Santos Anqolanın 2017-ci ildə postunu tərk etmiş sabiq prezidenti Hose Eduardo dos Santosun qızıdır.

“Forbes”in verdiyi məlumata əsasən dos Santos Anqolanın iri şirkətləri, banklarının səhmlərinə malikdir. O, qiymətli kağışları atası prezident olduğu dövrdə əldə edib.

Gürcüstan: Bidzina İvanişvili

 

Sərvəti: $4,9 mlrd

Ölkə ÜDM-nin payı: ~30,2%

Sərvətinin mənbəyi: investisiyalar

Bidzina İvanişvili  Gürcüstanın ictimai və siyasi xadimi, biznesmen, filantrop, “Unikor” qrupunun sahibidir. O, 2012-ci il 25 oktyabr tarixindən 2013-cü il noyabrın 20-ə qədər Gürcüstanın Baş naziri olub.

İslandiya: Tor Borqolfsson

 

Sərvəti: $2,2mlrd

Ölkə ÜDM-nin payı: ~ 8,5%

Sərvətinin mənbəyi: investisiyalar

Tor Borqolfsson biznesmen və sahibkar, İslandiyanın ilk milyarderidir. O özünün ilk sərvətini Rusiyada qazanıb, lakin 2008-ci ildə hər şeyini itirib. Buna baxmayaraq, sonradan yenidən qazana bilib.

O, Polşanın “Play” telekommunikasiya holdinqində paya malikdir, eyni zamanda o, daxili velosiped idmanı üçün “ Zwift” onlayn-platformasına, eləcə də İslandiyanın “CCP Games” şirkətinə investisiyalar edib.

Küveyt: Kutayba Alqhanim

 

Sərvəti: $1,4 mlrd

Ölkə ÜDM-nin payı: ~0,9%

Sərvətinin mənbəyi: müxtəlif mənbələr

O, qardaşı ilə birlikdə “Alghanim Industries” ailə korporasiyasının sahibidir.

Bu korporasiyaya reklam agentliyi, elektronika distribütoru, mühəndislik şirkəti, sığorta cəmiyyəti, izolə materialı istehsalçısı, qida məhsulları ilə ticarət üzrə müəssisə və s. şirkətlər daxildir.

Lixtenşteyn – Kristof Zeller

 

Sərvəti: $3 mlrd

Ölkə ÜDM-nin payı: ~48,2%

Sərvətinin mənbəyi: dişlər üçün məhsullar

Zeller dişlərin müalicəsi üçün nəzərdə tutulmuş məhsulların istehsalı ilə məşğul olan və dünyanın 25 ölkəsində nümayəndəliyi olan “Ivoclar Vivadent AG” şirkətinin sabiq rəhbəri, İdarə Heyətinin hazırki sədridir.

Şirkəti onun babası Adolf Şnayder 1948-ci ildə almışdı, Zeller isə ona 1990-2003-cü illərdə rəhbərlik etmişdi.

Nepal: Binod Çaudhari

 

Sərvəti: $1,7 mlrd

Ölkə ÜDM-nin payı: ~5,9%

Sərvətinin mənbəyi: müxtəlif mənbələr

Binod Çaudhari, demək olar, 80 şirkətdən ibarət “Chaudhary Group” (CG) korporasiyasına rəhbərlik edir. Altı min insanı işlə təmin edən bu şirkətlər planetin bütün qitəsində yerləşir.

Korporasiyanın fəaliyyət dairəsi çox genişdir. Belə ki, bura bank xidmətləri, qida məhsulları, elektronika, pivə, hotel, energetika və təhsil daxildir.

Portuqaliya: Mariya Fernanda Amorim

 

Sərvəti: $4,9 mlrd

Ölkə ÜDM-nin payı: ~2,0%

Sərvətinin mənbəyi: energetika, investisiyalar

Mariya Amorim Ameriko Amorimin həyat yoldaşı olub. 2017-ci ildə öldükdən sonra Amerikonun sərvəti Mariya və onun üç qızına miras qalıb.

Sərvət energetika və bank sahəsinə beynəlxalq investisiyaların edilməsi sayəsində toplanıb. Hazırda Portuqaliyanın “Galp Energia” neft-qaz şirkətinin səhmlərinin 18%-i Mariyaya məxsusdur.

Qətər: Faysal bin Kassim Əl-Tani

 

Sərvəti: $1,2 mlrd

Ölkə ÜDM-nin payı: ~0,6%

Sərvətinin mənbəyi: hotellər, müxtəlif mənbələr

Əl-Tani Qətərdə ən iri konqlomeratlarından biri olan “Al Faisal Holding”in təsisçisi və rəhbəridir.

Holdinqə bütün dünya üzrə 20 hotel, eləcə də tibbi və əczaçılıq məhsulları satan “Aamal”şirkətinin payı məxsusdur. O, həmçinin Qətərdə daşınmaz əmlaklara da malikdir

Rumıniya: İon Ziriak

 

Sərvəti: $1,1mlrd

Ölkə ÜDM-nin payı: ~0,4%

Sərvətinin mənbəyi: bankinq, sığorta

Ziriak Rumıniyanın “Allianz-Tiriac” sığorta şirkətinin minoritar investorudur.

O, həmçinin  avtomobil biznesi, benzin və daşınmaz əmlaka  yatırım edir.

Esvatini (əvvəlki Svazilend –red.) – Natan Kirş

 

Sərvəti: $5,3 mlrd

Ölkə ÜDM-nin payı: ~112%

Sərvətinin mənbəyi: pərakəndə satış, daşınmaz əmlak

Kirş  kiçik mağaza və restoranlara topdan mal tədarük edən “Jetro Holding”in səhmlərinin 70%-ə malikdir. Bundan savayı, o, kommersiya daşınmaz əmlakına da yatırım edir.

Tanzaniya: Mohhəməd Devci

 

Sərvəti: $1,9 mlrd

Ölkə ÜDM-nin payı: ~3,3%

Sərvətinin mənbəyi: müxtəlif mənbələr

Devci ən azı altı Afrika ölkəsində toxuculuq, un, spirtli içkilər, eləcə də neft istehsalı sahəsində fəaliyyət göstərən METL  konqlomerantının rəhbəridir. Onun atası konqlomeratı 1970-ci illərdə yaradıb.

Zimbabve: Strayv Masiyiva

 

Sərvəti:: $2,8 mlrd

Ölkə ÜDM-nin payı

Sərvətinin mənbəyi: Telekom

Masiyiva “Econet Wireless Zimbabwe” mobil operatorunun təsisçisi  və  50%-nin sahibidir.

O, həmçinin optik lif sahəsində fəaliyyət göstərən “Liquid Telecom” şirkətinin səhmlərinin 50% - dən çoxuna malikdir və həmçinin Afrika ərazisində telekommunikasiya şirkətlərinə peyk xidmətləri göstərir.