Britaniya-Rusiya savaşında kim qalib gələcək?

Əgər Şərqi Avropada Böyük Britaniya və Rusiya quru qoşunları arasında münaqişə yaransa, o zaman britaniyalıları silahlı toqquşmada “tam məğlubiyyət” gözləyir.

BBC xəbər verir ki, bu barədə Krallığın Müdafiə Tədqiqatları Birləşmiş İnstitutu (RUSİ) informasiya yayıb.

 

Hesabata əsasən, Birləşmiş Krallıq və NATO qüvvələri Rusiya ordusunun sahib olduğu qədər atəş gücünə sahib deyil.

Burada söhbət artilleriya, sursat və nəliyyat texnikası çatışmazlığından gedir.

Ekspertlər hesabatda əsas məqam kimi Britaniya artilleriyasının modernləşdirilməsinin zərurətini göstəriblər.