"Qarabağ" "Sevilya"ya qarşı

Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam klubu İspaniya səfərində qrup lideri “Sevilya”nın qonağı olacaq.

Avroliqanın rekord sayda – 5 qat qalibi olan meydan sahibləri bu matçın aşkar favoritidir. Bakıda keçirilən ilk görüşdə də Əndəlüs təmsilçisi “Qarabağ”dan üstün olub – 3:0. Bununla belə, qrupdan çıxmaq şansının çətinə salan Qurban Qurbanovun komandası səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Qrupun digər oyununda isə APOEL “Dedelanj”ın qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” və APOEL-in 4 xalı olsa da, şəxsi oyunlardakı üstünlüyə görə Nikosiya təmsilçisi 2-ci, “Qarabağ” isə 3-cü pillədə yer alıb. Bu da o deməkdir ki, “Qarabağ” “Sevilya”ya uduzsa və APOEL Lüksemburq səfərində qalib gəlsə, təmsilçimiz qrupdan çıxmaq şansını itirəcək.


5-ci tur

A qrupu

00:00. “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Məhəmməd Əl-Hakim
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

00:00. “Düdelanj” (Lüksemburq) – APOEL (Kipr)