Millimiz gerilədi - FİFA reytinqi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ayla müqayisədə Azərbaycan millisi üç pillə geriləyib.Komandamız 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Buna səbəb millimizin Avro-2020-nin son seçmə oyunlarında millinin Uelsə Bakıda, Slovakiyaya isə Trnavada 0:2 hesabı ilə uduzmasıdır. 

Qeyd edək ki, siyahıya 1765 xala Belçika başçılıq edir. Fransa (1733) 2-ci, Braziliya  (1712) 3-cüdür.