Çin ABŞ-a sanksiya tətbiq etdi

Çin ABŞ-ın döyüş gəmiləri və təyyarələri ilə Honkonqa səfərləri barədə müraciətlərinə baxılmasını dayandırır.

“RİA Novosti” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin danışıb.

 
Onun sözlərinə görə, rəsmi Pekin həmçinin, “Human Rights Watch”, “NDI” və “Freedom House” da daxil olmaqla bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar tətbiq edəcək. Bu tədbirlər Vaşinqtonun Honkonqla bağlı qəbul etdiyi qanuna cavab xarakteri daşıyıb.

“Bunun nə vaxt başa çatması ABŞ-ın növbəti addımlarından asılıdır”, - diplomat bildirib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Honq Konqla bağlı 2 qanun (“İnsan hüquqları və demokratiyanın müdafiəsi haqqında” və “Honq Konqa polis avadanlığının çatdırılmasının qadağan edilməsi haqqında”) imzalayıb.