Suriyada aparılan antiterror əməliyyatları zamanı iki türk əsgəri şəhid olub

Suriyada aparılan antiterror əməliyyatları zamanı Türkiyə ordusunun iki əsgəri şəhid olub.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əsgərlərdən biri “Sülh çeşməsi”, digəri isə “Pəncə-3” antiterror əməliyyatlarının aparıldığı bölgələrdə terrorçular tərəfindən vurulub. Bir əsgər də yaralı halda xəstəxanaya çatdırılıb.

Hadisə zamanı terror qruplaşmalarına aid hədəflər məhv edilib.