Almaniya NATO-nun əsas düşməninin adını açıqladı

NATO-nun əsas düşməni Çindir.

Lenta.ru-nun məlumatına  görə, bu barədə Almaniyanın “Die Welt” nəşrində dərc olunan məqalədə bildirilib.

Məqalə müəllifi qeyd edib ki, alyansın ÇXR-in rolu ilə bağlı vahid bir fikri yoxdur:

 
“ABŞ Çini düşmən hesab edir, Almaniya və Fransa hakimiyyəti isə Pekin ilə münasibətlərdə diqqətlərini ticarət tərəfinə cəmləşdiriblər”.

Müəllif hesab edir ki, Almaniya və Fransa Çindən gələn təhlükəni düzgün qiymətləndirmir. Qeyd olunur ki, Pekin öz iqtisadiyyatına sərmayə qoymaqla Avropadakı siyasi nüfuzu “almaq” niyyətindədir.

Müəllif Çinin artan hərbi qüdrətindən də yazıb. Onun fikrincə, bu, Avropanın təhlükəsizliyi və rifahı üçün dramatik nəticələrə səbəb ola bilər.

Bundan əlavə, məqalədə NATO blokunun özünü təhdid etdiyi qeyd olunur.

“Qərb cəmiyyətinin azadlıq və rifahın hər gün yenidən xarici təhlükələrdən qorunması lazım olduğuna dair əsas konsensus artıq mövcud deyil”, - deyə müəllif iddia edir.

Qeyd edək ki, NATO-nun Londondakı sammitinin yekundan sonra verdiyi açıqlamasında alyans üçün əsas təhlükənin beynəlxalq terrorizmlə yanaşı, Rusiya olduğu bildirilmişdi. İclas iştirakçıları “Rusiyanın təcavüzkar hərəkətlərini” və beynəlxalq terrorizmi alyansa üzv ölkələrin təhlükəsizliyinə təhdid adlandırmışdılar.