Şahmatçılarımız qitə çempionatında liderlər qrupunda mübarizəni davam etdirirlər

Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatının ilk 7 turunun oyunları keçirilib.

Ölkəmizi qitə çempionatında təmsil edən Qədir Hüseynov və Rauf Məmmədov 7 turdan 6 xal toplayaraq liderlər qrupunda qərarlaşıblar. Digər şahmatçımız Rəfael Bayramlının aktivində isə 3 xal var.

İki gün davam edəcək turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir. İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarətdir.