Beynəlxalq kosmik stansiya heyətinə Yeni il hədiyyələri göndərildi

Beynəlxalq kosmik stansiyanın heyəti üçün Yeni il hədiyyələri aparan “Proqress MS-13” yük gəmisi “Soyuz-2.1a” raketdaşıyıcı ilə Baykonur kosmodromundan start götürüb.

 
“RİA Novosti” xəbər verir ki, raketdaşıyıcı Baykonur kosmodromunun 31-ci meydançasından buraxılıb.

Yük gəmisi beynəlxalq kosmik stansiyanın ekipajına ərzaq, su, yanacaq və zəruri avadanlıqlar, o cümlədən, Yeni il hədiyyələri daşıyır.