“Qarabağ”ın rəqibi 4:1-lə 1/4 finalda

Futbol üzrə Lüksemburq çempionatında 1/8 final mərhələsinin oyunları keçirilib.  

 Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Düdelanj” da bu turnirdə növbəti matçına çıxıb. 



Sözügedən klub doğma meydanda “Mondorf” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə (4:1) ayrılıb və növbəti mərhələyə yüksəlib. 

Lüksemburq təmsilçisi ilə “Qarabağ” arasındakı ilk oyun oktyabrın 3-də bu ölkədə baş tutub və Ağdam klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb.  

Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.