Azərbaycan və Ermənistan eyni qrupa düşdü

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan və Ermənistan milli komandaları 2020-ci ildə keçiriləcək kiçik dövlətlərin Avropa çempinonatında eyni qrupda çıxış edəcəklər.

Bu, Almaniyada keçirilən püşkatmadan sonra bəlli olub.

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandıya ilə Andorra yığmaları da mübarizə aparacaq.

Kiçik dövlətlərin Avropa çempinonatı 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.