Türkiyə növbəti “S-400”ləri əldə etməyə çox yaxındır

Türkiyə və Rusiya “S-400”lərin növbəti partiyasının əldə olunmasına dair yeni razılaşmanın imzalanmasına çox yaxındırlar.

“Bloomberg” agentliyi məlumat verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Dəmir bildirib.

 
Bundan əlavə, tərəflər hava hücumundan müdafiə silahının hissələrinin birgə istehsalı barədə müqavilə imzalamaq niyyətindədirlər.

Bu, o deməkdir ki, Rusiya faktiki olaraq Türkiyə ilə öz hərbi texnologiyalarını paylaşacaq.