Çempionlar Liqasında 1/8 finalın püşkü atılır 

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşü atılacaq.
 UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Səpələnmişlər səbətindəki komandalar ilk görüşünü səfərdə keçirəcəklər.

 

Səpələnmişlər:

"Barselona" (İspaniya)

"Bavariya" (Almaniya)

"Yuventus" (İtaliya)

"Leypsiq" (Almaniya)

"Liverpul" (İngiltərə)

"Mançester Siti" (İngiltərə)

PSJ (Fransa)

"Valensiya" (İspaniya)

 


Səpələnməmişlər:

"Atalanta" (İtaliya)

"Atletiko" (İspaniya)

"Çelsi" (İngiltərə)

"Borussiya" (Dortmund, Almaniya)

"Lion" (Fransa)

"Napoli" (İtaliya)

"Real" (İspaniya)

Tottenhem" (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.