“Liverpul” tarixinin ən gənc heyətini meydana buraxıb - VİDEO

Ötən gecə İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Aston Villa” - “Liverpul”(5:0) oyunu “mersesaydlılar”ın tarixinə düşüb. 

Gol.ru saytı məlumat verir ki, “Liverpul” 127 illik tarixində ilk dəfə meydana ən gənc heyəti buraxıb.

Klubu meydanda təmsil edən oyunçuların orta yaş həddi 19 yaş altı ay üç gün olub. Səbəb isə əsas heyətin Qətərdə keçirilən klublararası dünya çempionatının oyunlarına qatılmasıdır.

Oyundan sonra gəncləri meydana çıxaran baş məşqçi Kritçli bildirib ki, fasilə zamanı Yurgen Klopp onunla əlaqə yaradıb. Əsas məşqçi oyunçulara cəsarətli davranmağı və öz oyunlarını oynamağı məsləhət görüb.