Bağdadinin komandasına qarşı şok əməliyyat

İŞİD lideri Əl-Bağdadiyə bağlı olan terrorçuları şəxsən təlimatlandıran Hüseyn əl Həsən saxlanılıb.

Hüseyn əl Həsən 6 İŞİD-çi ilə birlikdə Osmaniyədə yaxalanıb.

Saxta pasportlarla suriyalı qaçqın kimi Türkiyədə yerləşən terrorçulara məxsus düşərgə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilib və əməliyyat keçirilib.

Tutulan şəxslərdən Mustafa Qasım, Hüseyn Aldaher və Dia Elşikeyrinin İŞİD-in döyüşçüləri olduğu, Məhəmməd Məhəmmədin xəndək və tunel qazma işinə nəzarət etdiyi, Ubade Hammudun isə tibbi xidmət göstərdiyi məlum olub.

Əməliyyat zamanı İŞİD üzvlərinə məxsus mobil telefon, kompüter və sənədlər ələ keçirilib./teleqraf