Özili oyundan da sildilər

"Arsenal"ın futbolçusu Məsut Özili Çində "PES 2020 Mobile" oyunundan çıxarıblar.

Ölkədə seriyanın oyunlarını çıxaran NetEase şirləti alman yarımmüdafiəçini üç oyundan dərhal silib.

"Alman oyunçu Özil sosial şəbəkələrdə Çin haqqında inanılmaz bəyanat dərc etdi. Bu danışıq Çin azarkeşlərinin hisslərini zədələdi və idmanda sevgi və sülh ruhunu pozdu. Biz bunu anlamırıq, qəbul etmirik və bağışlamırıq!" – deyə NetEase bəyanatında bildirib.

Qeyd edək ki, Özilin Şərqi Türküstandakı uyğulara edilən haqsızlıqlara bağlı "İnstaqram" səhifəsində yazdığı fikirlər Çində narazılıqlı qarşılanıb. Çin höküməti ölkədə axtarış sistemlərindən Özilin adını sildirib, sosial şəbəkələrdə isə alman yarımmüdafiəçiyə məxsus səhifələrin görüntülənməməsinə qərar verilib. Bundan başqa, Özilin "M10" adlı fan klubu bloklanıb.

/qol.az/