Meyvezer gəlirlərinə görə Messi və Ronaldunu geridə qoydu

“Forbes” jurnalı son 10 ilin ən yüksəkgəlirli  idmançılarının siyahısını dərc edib.

Reytinqə bu yaxınlarda qayıdacağını elan edən boksçu Floyd Meyvezer rəhbərlik edib. O, 2010-cu ildən 2019-cu ilə qədər təqribən bir milyard dollar qazanaraq, futbol ulduzları Kriştianu Ronaldu və Lionel Messini qabaqlayıb.


1. Floyd Meyvezer (boks) — 950 milyon dollar
2. Kriştianu Ronaldu (futbol) — 800 milyon dollar
3. Lionel Messi (futbol) — 750 milyon dollar
4. Lebron Ceyms (basketbol) — 680 milyon dollar
5. Rocer Federer (tennis) — 640 milyon dollar
6. Tayqer Vuds (qolf) — 615 milyon dollar
7. Fil Mikelson (qolf) — 480 milyon dollar
8. Menni Pakyao (boks) — 435 milyon dollar
9. Kevin Dyurant (basketbol) — 425 milyon dollar
10. Lyuis Hemilton (Formula-1) — 400 milyon dollar


Rocer Federer və Lyuis Hemilton ilk 10-luqda öz idman növlərinin yeganə təmsilçiləri olub. Reytinqə beysbol oyunçuları, hokkeyçilər və amerikan futbolu ilə məşğul olanlar ümumiyyətlə daxil edilməyib. Onilliyin ən yüksək maaş alan idmançılarının ilk 40-lığında yeganə qadın təmsilçi tennisçi Serena Uilyams oldu.

Meyvezer məbləğin yarısından çoxunu (500 milyon dollar) Menni Pakyao və Konor Makqreqorla mübarizə yolu ilə qazanıb.