Liviya rəsmi olaraq Türkiyədən hərbi yardım istədi

Liviya milli hökuməti Türkiyədən rəsmi olaraq hərbi yardım istəyib.

Reuters-in yaydığı məlumata görə, rəsmi Tripoli “havadan, qurudan və dənizdən yardım” xahişi edib.  

Qeyd edək ki, Liviya hökuməti paytaxt Tripoli uğrunda döyüşlərin şiddətlənəcəyi halda, Türkiyədən rəsmi şəkildə hərbi dəstək istəyəcəyini açıqlamışdı.