Putin və Netanyahu arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Rusiya prezidentinin 2020-ci ilin yanvarına planlaşdırılan İsrailə səfəri kontekstində ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə ediblər.

Bildirilir ki, V.Putin və B.Netanyahu həmçinin regional gündəmin aktual mövzuları üzərində fikir mübadiləsi aparıblar.