Onilliyin ən yaxşı idmançısı müəyyənləşdi

“Associated Press”in versiyasına görə basketbolçu Lebron Ceyms onilliyin ən yaxşı idmançısı seçilib.

Agentlik Milli Basketbol Assosiasının (NBA) “Los Angeles Lakers” klubunun hücumçusunu “kral” və “çempion” adlandıraraq, heç bir basketbolçunun 10 il ərzində bu qədər oyun və mükafat qazana bilmədiyini qeyd edib. “Pley-off”u saymasaq, NBA-da heç kim son 10 ildə Ceymsdən daha çox xal toplamayıb.

İdmançı agentliyə bildirib ki, dekabrın 30-da onun 35 yaşı tamam olacaq və həyatının ən yaxşı dönəmindədir.

2010-cu ildə o, ən yaxşı oyunçular siyahısında 124-cü yerdə idi. Hazırda isə basketbolçu Kobe Bryant, Karl Malone və Kərim Əbdül-Cabbar kimi liderlərə çatmaq üzrədir.