İspaniya çempionatı: "Sevilya" "Atletik"lə heç-heçə oynayıb

Futbol üzrə İspaniya çempionatının 19-cu turun oyunu keçirilib.

"Sevilya" futbol klubu "Atletik"lə 1:1 hesabı ilə heç-heçə oynayıb.

Birinci qolu qarşılaşmanın 15-ci dəqiqəsində "Sevilya"nın oyunçusu Ander Kapa vurub, 60-cı dəqiqədə isə yenə "Sevilya"nın müdafiəçisi Unai Nunyes öz qapisına vurduğu qolla hesabı bərabərləşdirib.

20-ci turda "Sevilya" yanvarın 18-də "Real"la, yanvarın 19-da isə "Atletik" "Selta" ilə qarşılaşacaq.

 
"Sevilya" İspaniya çempionatının yarış cədvəlində hazırda 35 xal aktivlə 3-cü yer tutur. "Atletik" 29 xal yığaraq turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.

"Barselona" 39 xalla yarışın lideridir.