İspaniya La Liqası: Kataloniya derbisində qalib müəyyənləşməyib

Yanvarın 4-də İspaniya La Liqasının 19-cu turunun oyunları keçirilib.

Turun mərkəzi görüşü “Espanyol” və “Barselona” komandaları arasında reallaşıb.

“Kornelya El Prat” stadionunda təşkil olunmuş Kataloniya derbisi heç-heçə ilə yekunlaşıb - 2:2. Hesabı 23-cü dəqiqədə meydan sahiblərindən David Lopes açıb. Oyunun 50-ci dəqiqəsində Luis Suares bərabərlik qolunu vurub. Qarşılaşmanın 59-cu dəqiqəsində isə Arturo Vidal qonaqları önə çıxarıb. Lakin 88-ci dəqiqədə Uley yekun nəticəni müəyyənləşdirib. Görüşün 75-ci dəqiqəsində Frenki De Yonq qırmızı vərəqə alaraq, “Barsa”nı azlıqda qoyub.

Xal itkisinə baxmayaraq, Ernesto Valverdenin baş məşqçi olduğu komanda xallarını 40-a çatdıraraq, eyni xala malik “Real Madrid”i şəxsi göstəricilərdə üstələyib və yenidən 1-ci pilləyə qalxıb. “Espanyol” isə 11 xalla sonuncu pillədə qalıb.

“Real Madrid” səfərdə “Xetafe” klubunun qapısından üç cavabsız top keçirərək vacib üç xalını qazanıb. Madridlilərin heyətində David Soriya (öz qapısına), Rafael Varan və Luka Modriç fərqləniblər.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Sevilya” – “Atletik Bilbao” – 1:1;

Rayo Valladilid” – “Leqanes” – 2:2;

“Valensiya” – “Eybar” – 1:0;

“Xetafe” – “Real Madrid” – 0:2;

“Atletiko Madrid” – “Levante” – 2:1.