Tramp bu hücumdan sonra Süleymaninin öldürülməsini planlaşdırıb

ABŞ-ın İraqdakı hərbi bazasına 27 dekabrda edilən hücumdan sonra Donald Tramp iranlı general Qasım Süleymaniyə hücum planlaşdırmağı əmr edib.

 
“Bloomberg”in məlumatına görə, Tramp Süleymaninin ölümünü çox dar bir çevrədə həmin vaxt ABŞ müxtəlif regionlarında milad tətilində olan milli təhlükəsizlik üzrə müşavirləri ilə planlaşdırıb.

Prezident müşavirləri ilə təhlükəsiz və qorunan rabitə xətləri vasitəsilə danışıb. Tramp gizlilik səbəbilə hətta Konqresə belə əməliyyatla bağlı məlumat verməyib.