Bakı birinciliyi uğrunda atletika üzrə yarışlar başlayıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkil etdiyi atletika üzrə yeniyetmələr arasında Bakı birinciliyi yarışları başlayıb.

AAF-dan  verilən məlumata görə, birincilik Respublika Olimpiya Mərkəzində, 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilir. Turnirdə qızlar və oğlanlar yarışır.

Çempionatda 100-ə yaxın atlet mübarizə aparır.

 
Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.