İran ABŞ üçün şərtini açıqladı

Vaşinqton razılığa qayıdacağı təqdirdə Tehran Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) ilə bağlı tənzimləmələrin aspektlərini müzakirə etməyə hazırdır.

Bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Ravançi TASS-a müsahibəsində söyləyib.

 
“ABŞ üçün HBFP-yə və danışıqlara qayıtmaq daha yaxşıdır”, - deyə o bəyan edib. Məcid Taxt-Ravançinin sözlərinə görə, bu vəziyyətdə İran müzakirələr üçün hazırdır.

Xatırladaq ki, rəsmi Tehran yanvarın 5-də nüvə proqramına dair sazişdən qəti şəkildə imtina etdiyini və bu sahədə gələcək fəaliyyətlərində heç bir məhdudiyyətin olmayacağını bildirmişdi.