Danimarka özünün İraqdakı hərbi kontingentinin bir hissəsinin dislokasiyasını müvəqqəti dəyişəcək

İranın Bağdaddakı aviabazalara raket hücumu etməsi ehtimalı ilə əlaqədar narahatlıq keçirən Danimarka hökuməti özünün İraqdakı Eyn-əl-Əsəd bazasında və Bağdadda yerləşən hərbi kontingentinin bir hissəsini müvəqqəti olaraq Küveytdə yerləşdirəcək.

Danimarkanın Baş Naziri Mette Frederiksen xüsusi məsləhətləşmələr aparandan sonra yerli jurnalistlərə müsahibə verib.

Baş Nazir bildirib ki, hərbçilərin yeri dəyişdiriləcək, lakin Eyn-əl-Əsəd bazasındakı 130-dan çox adamdan təqribən 30-40 nəfəri orada qalacaq.

Rauf Əliyev