KİV: Gürcüstanın Baş Naziri dəyişə bilər

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili Baş Nazir Giorgi Qaxarianı vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib.

Bu iddia ilə yerli KİV çıxış edib.

Bildirilib ki, Baş Nazir postuna parlamentin spikeri Arçil Talakvadze və Təhsil naziri Mixail Çxenkelinin namizədlikləri nəzərdən keçirilir.  

 
Qeyd edək ki, ötən il sentyabrın 8-də Giorgi Qaxarianın Baş Nazir postunu tutduğu hökumətə Gürcüstan parlamenti etimad səsverməsi keçirib və hökumət 98 millət vəkilinin dəstəyini alaraq fəaliyyətə başlayıb. Müxalif “Vahid Milli Hərəkat” , “AvropaGürcüstan” və “Vətənpərvərlər Alyansı” səsverməni boykot ediblər. apa