"Neftçi" fəaliyyətini dayandırdı

Neftçi" Peşəkar Futbol Klubu fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Neftçi” PFK kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik dayandırıb.

 
Klub növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.