Dünyada koronavirusa yoluxanların sayı 823 min nəfəri ötüb

Dünyada koronavirusa qeydə alınan yoluxma halları 823 min 626-ya çatıb, 40 min 598 nəfər həyatını itirib.

Yerveinsan.az  Dünya Səhiyyə Təşkilatının (DST) saytına istinadla xəbər verir ki, sutka ərzində yeni tip koronavirusa 72 min 736 nəfər yoluxub, son 24 saatda bu xəstəlikdən 4193 nəfər ölüb.

Hazırda ən çox yoluxma halları yenə də Avropa regionunda qeydə alınıb - 494 min 212 nəfər.

Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 200 mindən çox yoluxma halı aşkarlanıb. Birləşmiş Ştatlar bu göstərici üzrə dünyada birinci yerdədir.