Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib

Koronavirusla əlaqədar Özbəkistanda aprelin 5-dən karantin rejimi daha da sərtləşdirilib.

AZƏRTAC Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, bu gündən küçəyə velosiped və skuterlərlə də çıxmaq qadağan olunub.

Xatırladaq ki, Özbəkistanda martın 16-dan aprelin sonunadək xarici ölkələrlə nəqliyyatın, martın 27-dən vilayətlər arasında ictimai nəqliyyatın hərəkətinə, martın 30-dan aprelin 20-dək fərdi maşınların küçəyə çıxmasına tam qadağa qoyulub. Dövlət və xidmət sahələrinin maşınları xüsusi icazə vərəqələri ilə işləyir. Ölkədə koronavirusa tutulanların sayı 266 nəfərdir.