Turin derbisi heç-heçə ilə başa çatıb

"Yuventus" və "Torino" komandaları İtaliya Çempionatının 35-ci turu çərçivəsində keçirilən oyunda heç-heçə edib.

"Yuventus"un meydanında keçirilən oyunda 2 qol vurulub.

Hesabı 18-ci dəqiqədə qonaqlar açıb - Saşa Lukiç fərqlənib. Qolun cavabını 84-cü dəqiqədə portuqaliyalı hücumçu Kriştianu Ronaldu verib. Beləliklə, Turin derbisi 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, komandalar aralasında 200 oyun keçirib, onlardan 88-də "Yuventus" qalib gəlib, 56-da isə - "Torino", daha 56 oyun heç-heçə ilə yekunlaşıb.

 
"Yuventus" turdan sonra 89 xalla birincidir, "Torino" isə 57 xalla - altıncı.